Fermentləşdirilmiş kələm suyu qocalmağa qoymur- Evdə hazırlanması

  • 2020.11.19 18:19
  • 14191 Baxış
Fermentləşdirilmiş kələm suyu qocalmağa qoymur - Evdə hazırlanması


Nəyə görə duzlu kələm suyu içənlər çox yaşayır?

Fermentləşdirilmiş, yəni xüsusi qaydada duzda suyu çıxmış təzə kələm immunitetin və bağırsaqların dərmanıdır.
Söhbət təbii ki, marketdə satılan şorabadan yox, evdə qoyulmuş, təmiz sirkə, duz istifadə edilmiş, nazik doğranmış kələmdən gedir.

Medicina.az xəbər verir ki, alimlər qidasında belə kələm çox olan insanların sağlam və uzun yaşadıqlarını aşkar ediblər.
Kələmin niyə belə təsir etməsi araşdırılıb.

Duzlu kələm sutkalıq C vitamini dozasını verir.
Təbii probiotikdir, bağırsaqların mikroflorasını bərpa edir.
Qışda onu yemək sanki immunitet üçün qalxandır.

Antibiotik müalicəsindən, ağır xəstəliklərdən, viruslardan sonra duzlu kələmin suyunu arada içmək orqanizmi bərpa edir.
Bədənin Ph balansını tənzimləyir, qanı durulaşdırır.

Bəs kələmi necə düzgün fermentləşdirmək lazımdır.
Qaydası:

5 kq baş kələmi nazik sap kimi doğrayıb, 70 qr iri duzla ovuşdurub, üzərinə 100 ml təmiz su alıb, qabda üzərinə daş qoyub basmaqla, otaq temperaturunda 3 gün saxlayırlar.

Sonra onu qabqarışıq sərin yerə - zirzəmi, balkona qoyurlar.
Kələmə əlavə vitamin, dad qatmaq üçün ona dəfnə, razyana, kök, alma, cəfəri də əlavə edə bilərsiz.

Belə duza qoyulmuş kələmin suyunda süd turşuları olur. Məhz onlar bağırsaqda faydalı bakteriyaları çoxaldır.
2 xörək qaşığı kələm suyunda sutkalıq B, C, K vitamini var.

Bu kələmi və suyu 7-8 yaşından sonra uşaqlara, eləcə də yaşlılara verə bilərsiz.

Mədə xorası, turşuluğu, reflüksü olanlar bir qədər suya qatıb içsin və az qəbul etsinlər.