Sonuncu konserti zamanı yanıq xəsarətləri alan sənətçi 2 həftədir mətbuata açıqlama vermir.
“Medicina” xəbər verir ki, o, paytaxt xəstəxanasının cərrahiyyə şöbəsindədir.
Sankt-Peterburqda keçirilən konsertdəki yanıq nəticəsində yaranan fəsadlar dərinləşib.
Əvvəllər Rusiyanın xalq artisti üzərində cərrahiyyə əməliyyatları keçirmiş plastik cərrah Timur Xaydarovun Mash-a verdiyi məlumata görə, həmin yanığın sağalma prosesi ləngiyib, şəkərli diabet səbəbindən fəsadlar yaranıb.
Pop kralı artıq iki həftədir ki, xəstəxanadadır. Kirkorovun nümayəndələri sənətçinin həkimlərin nəzarətində olması faktını təsdiqləyiblər.
Eyni zamanda, Kirkorovun "implantlarının partlaması" ilə bağlı xəbərlər saxtadır.
Filipp Kirkorov aprelin 25-də Sankt-Peterburqda verdiyi konsertdə əlində yanıq xəsarəti alıb: onun kostyumuna pirotexniki vasitələr yapışdırılıb və nəticədə müğənni yanmışdı.
Aygün Musayeva