Fotosunu görənlər çılpaq olduğunu sandılar

  • 2026.07.24 22:51
  • 123 Baxış
Fotosunu görənlər çılpaq olduğunu sandılar

Müğənni Simge Sağın bağçasında qəhvəyi torlu don geyinmiş cəsarətli şəkillərini sosial mediada paylaşdı. Şəkillər qısa müddətdə minlərlə bəyənmə aldı və izləyiciləri "Çılpaq olduğunu düşünürdüm" kimi şərhlərlə doldurdu.

Medicina.az xəbər verir ki, cəsarətli sosial media paylaşımları və səhnə çıxışları ilə tez-tez xəbər başlıqlarına çıxan Simge Sağın, son stili ilə yenidən diqqət çəkdi. Bağ fotosunda qəhvəyi torlu don və böyük ölçülü günəş eynəyi ilə poza verən 42 yaşlı pop ulduz, təbii, lakin cəsarətli stili ilə izləyicilərini iki yerə böldü.



Sağın paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh aldı. İzləyiciləri onu "Onun hər şeyi möhtəşəmdir", "Yenə çox şıkdır" və "Stilini nümayiş etdirdi" kimi təriflərlə qarşılayarkən, bəzi istifadəçilər torlu donunun yaratdığı illüziyaya görə "Mən onun çılpaq olduğunu düşündüm!" şərhlərini yazdılar.



Qeyd edək ki, cəsarətli pozaları ilə xəbər başlıqlarına çıxan məşhur müğənni şəxsi həyatında çətin günlər yaşayır. Bir müddətdir birlikdə olduğu dünyaca məşhur DJ İlkay Şencan ilə münasibətlərinə son qoyan Sağın radikal bir addım atdı. Sevgi həyatını gizli saxlamağa üstünlük verən Simge Sağın, sevgilisinin bütün izlərini sosial mediadan sildi. Cütlüyün bir-birini izləmədən çıxması və birlikdə çəkdirdikləri şəkilləri profillərindən silməsi ayrılıq şayiələrini daha da gücləndirdi.



Aygün
Medicina.az