Fransada koronavirusdan daha 110 nəfər öldü

  • 2020.05.20 23:06
  • 45325 Baxış
Fransada koronavirusdan daha 110 nəfər öldü
Son sutka ərzində Fransada koronavirusdan daha 110 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə ölkə Səhiyyəsinin Baş İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, bununla da koronavirus qurbanlarının sayı 28 132 nəfərə çatıb.

Məlumatlara görə, 17 812 insan xəstəxanalarda, 10 320 nəfər sosial və tibbi-sosial müəssisələrdə virusdan ölüb.

"Hazırda xəstəxanalarda 17 941 nəfər müalicə edilir, halbuki bir həftə öncə 21 071 xəstəxanaya yerləşdirilmişdi. Son bir gün ərzində daha 432 nəfər xəstəxanaya yerləşdirilib", - idarədə qeyd ediblər.

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 1 794 nəfər müalicə olunur.

Epidemiyanın başlanğıcından koronavirusdan 63 354 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.