Fransada təhlükəli virusla bağlı xəbərdarlıq – İLK DƏFƏ

  • 2026.07.22 18:18
  • 108 Baxış
Fransada təhlükəli virusla bağlı xəbərdarlıq  – İLK DƏFƏ

Fransada 2026-cı ildə ilk dəfə “Qərbi Nil virusuna” yerli yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, hadisə Pireney-Oriental bölgəsində aşkarlanıb.

Virus əsasən ağcaqanad sancması ilə yayılır. Əksər insanlarda heç bir əlamət yaratmasa da, bəzi hallarda qızdırma, baş ağrısı və nadir hallarda ciddi nevroloji problemlərə səbəb ola bilər.

Mütəxəssislər ağcaqanad sancmalarından qorunmağı, qoruyucu vasitələrdən istifadə etməyi və durğun suları aradan qaldırmağı tövsiyə edir.

Xanım,
Medicina.az