Futbolçu ailəlikcə koronavirusa yoluxdu - Foto

  • 2020.05.23 17:50
  • 1580 Baxış
Futbolçu ailəlikcə koronavirusa yoluxdu   - Foto

Rusiyanın “Ural” futbol klubunun koronavirusa yoluxmuş üzvü Pavel Poqrebnyakın arvadı və üç uşağının da koronavirus analizi müsbət çıxıb.

Futbolçunun həyat yoldaşı Mariya Poqrebnyak bu barədə məlumat verərək deyib.

“Ərim Yekaterinburqa getmişdi. Heç bir simptom yox idi. Qayıtdıqdan sonra analiz verdi. Paşada COVİD-19 testi pozitiv çıxdı. Gecə hərarəti 38 dərəcəyə yüksəldi, həkimlər gəldi, onu kompüter tomoqrafiyasında müayinə etdilər, ikitərəfli pnevmoniya diaqnozu qoyuldu. Əmin idim ki, təyyarədə yoluxub. Ancaq yenə də düşüncələr əl çəkmirdi: axı virus özünü bu qədər tez göstərmir. Nəhayət, uşaqlarla testdən keçmək qərarına gəldim”.

Qadın analizi verdikdən bir neçə saat sonra özlərinin də koronavirusa yoluxduğunu öyrənib.