Müasir həyat tərzi bir çox insanı gec yatmağa məcbur edir., indi nəinki böyüklər, hətta uşaqlar da gecə oyaqdır.
Elmi araşdırmalar göstərir ki, gecə saat 2-dən sonra yatmaq bədənin bioloji ritmini pozur və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Medicina.az xəbər verir ki, insan orqanizmi Sirkad ritm ilə idarə olunur.
Bu sistem:
yuxu–oyanıqlıq dövrünü tənzimləyir
hormonların ifrazını idarə edir
Gec yatdıqda bu ritm pozulur.
Hansı problemlər yarana bilər?
Depressiya və narahatlıq
Gec yatmaq serotonin və melatonin balansını pozur
Nəticə:
əhval düşkünlüyü
daxili gərginlik
panikaya meyillilik
Hipertoniya
Yuxu azlığı:
ürək-damar sisteminə yük yaradır
Nəticə:
təzyiq yüksəlir
ürək riski artır.
Şəkərli diabet
insulin həssaslığını azalır
şəkər yüksəlir
diabet riski artır.
Piylənmə
Gecə oyaq qalmaq iştahanı artırır
gecə yeməyi vərdişi yaradır
İmmunitet zəifliyi
Melatonin azaldıqda:
immun sistem zəifləyir
tez-tez infeksiya
bərpanın gecikməsi baş verir.
Yaddaş zəifliyi
Yuxu beyin üçün “təmizlik” mərhələsidir.
Pozulduqda:
diqqət azalır
yaddaş zəifləyir.
Hormonal balansın pozulması
Gec yatmaq:
kortizolu artırır
melatonini azaldır
Kimlər daha çox risk altındadır?
gecə işləyənlər
telefondan çox istifadə edənlər
stressli həyat yaşayanlar
Sağlam yuxu üçün ideal saatlar
22:00 – 00:00 arası yuxuya getmək
6–8 saat fasiləsiz yuxu almaqdır.
AYGÜN MUSAYEVA