Gecə yeyən insanların psixikası pozulub – Alimlər

  • 2023.05.18 19:12
  • 2693 Baxış
Gecə yeyən insanların psixikası pozulub   –  Alimlər
Pensilvaniya Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, gecələr yemək yemədən yatmamaq vərdişi olan insanlar digərlərinə nisbətən daha çox ruhi xəstəliklərlə üzləşirlər.


“Medicina” xəbər verir ki,bu fikir doktor Rebekka Piblsin rəhbərlik etdiyi bir qrup alim tərəfindən xüsusi sınaqdan keçən 1600 tələbəni müayinə etdikdən sonra təsdiqlənibş

Mütəxəssislərin fikrincə, “gecə qəlyanaltısı” sindromu olan insanın təkcə axşam və ya gecə yemək yeməsi ilə deyil, həm də yeməksiz yata bilməməsi, səhər yemək yemək istəməməsi vərdişləri də olur.

Gecə qəlyanaltısı sindromu olan bu insanlar yemək üçün gecənin ortasında oyanır və sonra heç nə olmamış kimi yatırlar.


Tədqiqatçılar müəyyən ediblər ki, gecə yemək sindromu həmişə insanın ac olmsı ilə əlaqəli deyil.

Bundan əlavə, anoreksiya və diqqət çatışmazlığı, hiperaktivlik pozğunluğunun gecə yeməkləri ilə birbaşa əlaqəli olduğu ortaya çıxıb.


Eyni zamanda, alimlərin fikrincə, gənclər və tələbələr bu sindromun ən çox inkişaf etdiyi qrupdurş
Maraqlıdır ki, 2008-ci ildə belə tələbələrin depressiyaya düşdüyünü və özlərinə zərər verdiyini göstərən araşdırma aparılıb.


Bu yaxınlarda aparılan bir araşdırma gecə qəlyanaltı sindromunun insan psixikasındakı xoşagəlməz proseslərin əlamətinə olduğuna dair fikirləri daha da gücləndirib. Əgər gecə oyanıb yemək vərdişi varsa, dərhal mütəxəssisə müraciət edin.

Aygün Musayeva