Gecələr bədən ağrısının səbəbi – Nə çatışmır?

  • 2020.11.26 16:46
  • 1246 Baxış
Gecələr bədən ağrısının səbəbi  – Nə çatışmır?

Gecələr, xüsusən yatanda bədən, ayaq, bel ağrısının səbəbi D vitamini əskikliyini göstərir.

Medicina.az xəbər verir ki, Britaniya alimləri gecə bədən ağrılarında bu vitaminə diqqət yetirməyi məsləhət görür.

D vitamini sümüklərin möhkəmliyini sarsıdır. Bu zaman insan bel, bud, çanaq, ayaq və qabırğalarda ağrılar hiss edir.
Bu ağrılar gecələr daha da artır.

Belə vəziyyət yaşlı insanlar üçün təhlükəlidir. Ona görə ağrılar zamanı nevroloqa müraciət etməklə yanaşı vitamin D yoxlanmalı və xüsusi dozada qəbul edilməlidir. Bəlkə də bununla ağrılarınız azalacaq.