Gələn il Azərbaycana bu qədər vaksin gətiriləcək

  • 2021.10.13 18:23
  • 2015 Baxış
 Gələn il Azərbaycana bu qədər  vaksin gətiriləcək

Gələn il COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin ölkəyə gətirilməsi nəzərdə tutulur.

Medicina.az xəbər verir ki, bu barədə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.


Qeyd edək ki, indiyə qədər ölkəyə 453 600 doza “AztraZeneca” vaksini gətirilib. Humanitar yardım kimi 170 000 doza “AstraZeneca” vaksini Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana göndərilib.

Ümumilikdə Azərbaycana 13 milyon vaksin dozanın idxalı nəzərdə tutulub. İndiyə qədər ölkəyə 12 169 030 doza “CoronaVac” dərman vasitəsi gətirilib.