Gəlin toyundan bir neçə dəqiqə sonra vəfat etdi - Kuryoz olay

  • 2021.08.06 15:41
  • 5561 Baxış
Gəlin toyundan bir neçə dəqiqə sonra vəfat etdi   - Kuryoz olay

21 yaşlı misirli gəlin İsra Şaaban toy məclisindən bir neçə dəqiqə sonra vəfat edib.

“Daily Mirror” xəbər verir ki, gəlin artıq toy zamanı sinəsindəki ağrılardan şikayət etməyə başlayıb.

Toy yekunlaşandan bir neçə dəqiqə sonra gəlin yıxılaraq huşunu itirib.

Hadisə yerinə gələn həkimlər qadına infarkt diaqnozu qoyub.

Ona süni nəfəs vermək cəhdləri isə öz nəticəsini verməyib və gəlin həyatını itirib.

Toyun səhəri qadının dəfn mərasimi keçirilib.