Gəncə sakini dəm qazından boğularaq öldü

  • 2024.01.23 11:46
  • 637 Baxış
Gəncə sakini dəm qazından  boğularaq öldü
Gəncədə 31 yaşlı şəxs dəm qazından boğulub.


Medicina.az xəbər verir ki, şəhərin Şota Rustavelli küçəsində yaşayan 1993-cü il təvəllüdlü Verdiyev Vasif Rasim oğlu dəm qazından boğularaq ölüb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.