Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gəncləri səssizcə əridən anoreksiyanın 5 əlaməti

  • 2025.07.01 23:00
  • 232 Baxış
Gəncləri səssizcə əridən anoreksiyanın  5 əlaməti

Sosial mediada ideal bədən stereotiplərinə məruz qalan gənclər sürətlə anoreksiya tələsinə düşürlər. Mütəxəssislər, sürətli çəki itirməkdən tutmuş aşağı təzyiqə qədər "gizli" simptomlara diqqət çəkərək ailələri xəbərdar edir.

Medicina.az xəbər verir ki, filtrlərlə mükəmməlləşdirilmiş vizuallar gənclərdə “Mən kifayət qədər arıq deyiləm” fikrini yaradır.



ƏLAMƏTLƏRİ

Sürətli arıqlama
Menstrual pozuntular
Saç tökülməsi və dəri quruluğu Aşağı qan təzyiqi

Bu siqnallar adətən xəstəlik irəlilədikdə nəzərə çarpır. Erkən diaqnoz üçün müntəzəm sağlamlıq yoxlamaları vacibdir.



Mütəxəssislər çəkiyə əsaslanan tənqid əvəzinə dəstəkləyici ünsiyyəti tövsiyə edirlər.

Anoreksiyanın müalicəsində psixiatr, psixoloq, dietoloq və lazım gələrsə daxili xəstəliklər mütəxəssisi birlikdə çalışır. İnsanın tək olmadığını hiss etməsi, həm fiziki, həm də mənəvi ehtiyaclarının eyni vaxtda ödənilməsi sağalmanı sürətləndirir

Aygün
Medicina.az