Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gənclərin içdiyi bu içkilər insult yaradır

  • 2025.06.21 16:22
  • 119 Baxış
 Gənclərin içdiyi bu içkilər insult yaradır



Şirinləşdirici eritritol insult və infarkt riskini artırır.

“Medicina” xəbər verir ki, barlar və kafelərdə gənclər arasında məşhur olan şəkərsiz enerji içkilərində olan eritritol insult və infarkt riskini artıra bilər.


Elm adamları beynin qan damarlarını əhatə edən hüceyrələri bir şüşə pəhriz sodasında ola biləcək eritritol dozasına məruz qoydular.

Cəmi üç saatdan sonra hüceyrələr toxumaları zədələyən 75 faiz daha çox, qan damarlarını rahatlaşdıran maddələr isə 20 faiz daha az istehsal etməyə başladı. Bundan əlavə, qan laxtalarının əmələ gəlməsinin qarşısını alan əsas amillərdən biri olan t-PA proteininin səviyyəsi kəskin şəkildə azalıb.


Eritritol "şəkərsiz" etiketli məhsullarda və diabet xəstələri üçün məhsullarda geniş istifadə olunur. FDA-nın təsdiqinə baxmayaraq, elm adamları onun istehlakını məhdudlaşdırmağı məsləhət görürlər.

Əvvəllər mütəxəssislər uzun yuxu ilə insult riski arasında əlaqə barədə xəbərdarlıq etmişdilər. Altı illik bir araşdırma göstərdi ki, 90 dəqiqə və ya daha çox davam edən gündüz yuxusu, həmçinin doqquz saatdan çox gecə yuxusu insult ehtimalını əhəmiyyətli dərəcədə artıra bilər.


Aygün Musayeva