“Gərgin və dalaşqan olurlar” - Texnologiya aslılığı virus qədər təhlükəlidir

  • 2020.10.21 12:39
  • 1420 Baxış
“Gərgin və dalaşqan olurlar” -  Texnologiya aslılığı virus qədər təhlükəlidir
Müasir zamanda uşaqların texnologiya və internetə aslılığı artıb.

Medicina.az xəbər verir ki, gec saatlara qədər kompyuter arxasında oturan uşaqlarda psixoloji, fiziki və sosial problemlər ortaya çıxır. Bunlar gözlərdə yanma, boyun əzələlərində ağrı və sərtləşmə, bədən duruşunda pozuntular, əldə uyuşmalar və halsızlıq kimi fiziki problemlərdir. Ailə və məktəbdə problemlər, vaxtı idarə edə bilməmək, yuxu pozuntuları, yemək yeməyin azalması kimi hallar isə sosial problemlərdir. Hətta bəzən ekran başından ayrıla bilməyən uşaqlarda idrar qaçırma kimi problemlərdə yaşa bilər.

“Gərgin və dalaşqan olur”

Uşaq internət üzərindən sphbət etməyi üz-üzə danışmaqdan daha üstün tutar. Kompyuterdən uzaq qaldığı zaman özünü boşluqdakı kimi hiss edər, gərgin və əsəbi olar.

2 yaşından kiçik olan uşaqların internet, TV və kompyuterlə qarşılaşması əsla yol verilməzdir. Məktəbdən öncə olan yaş qrupu üçün gündə 30 dəqiqəni keçməyəcək şəkildə internet istifadəsi yetərlidir. Məktəbin ilk 4 ilində isə dərsdən başqa oyun və əyləncə üçün gündəlik 45 dəqiqə zaman ayrılmalıdır. Sonrakı illərdə 1 saat yetərlidir.

Həkimlər qeyd edirlər ki, telefon, tablet kimi alətləri əsla uşaqlarınızı susdurmaq üçün istifadə etməyin. Onların uzun müddət və nəzarətsiz internet istifadəsinə icazə verməyin.