Gigi Hadid bacısının xəstəliyindən danışdı

  • 2023.08.07 14:28
  • 1098 Baxış
Gigi Hadid bacısının xəstəliyindən danışdı

Podyumların sevilən simaları Gigi Hadid və Bella Hadiddən xəbər var.


Uzun müddət kameralardan uzaq olan Bella Hadidin Laym xəstəliyindən əziyyət çəkdiyi məlumdur. Bir neçə gün öncə bacısı Gigi Hadid Bella ilə olan fotosunu paylaşaraq fotonun altına “Geri dönmək üçün səbirsizlənir” şərhini əlavə edib.

“Medicina” xəbər verir ki, bacısının vəziyyəti haqqında məlumat verən Gigi “Bella Laym xəstələyinə görə uzunmüddətli və ağır bir müalicəsini yeni bitirib. Onunla çox qürur duyuram və özünü nə zaman hazır edərsə, geri dönəcək” deyə qeyd edib.


Xəstəliyi haqqında danışan Bella isə tez-tez baş ağrı yaşadığını, yuxusuzluq, işıq və yüksək səsə qarşı həssaslıq göstərdiyini, əlavə olaraq ürəkbulanması, qeyri-stabil iştah, artıq çəki almaq və çəki itirmək kimi simptomları olduğunu bildirib.

Xanım