Göl kənarına atılan körpəni nəhəng kərtənkələ öldürdü- FOTO

  • 2020.05.15 15:30
  • 2321 Baxış
Göl kənarına atılan körpəni nəhəng kərtənkələ öldürdü - FOTO

Taylandda dəhşətli hadisə baş verib.

Medicina.az xəbər verir ki, gölməçənin kənarına atılmış körpə nəhəng kərtənkələyə yem olub.

Körpənin cansız bədəninin qalan hissəsini ərazidə oynayan uşaqlar tapıb.

Hadisə yerinə polis və təcili yardım qrupları çağırılıb. Müayinədə körpənin bədənindəki dişləmələrin nəhəng kərtənkələyə aid olduğu müəyyən edilib.

Polis körpənin gölməçədə kərtənkələ tərəfindən öldürüldüyünü və ya gölə elə ölü halda atılıb-atılmadığı barəsində araşdırma aparır.