Göldən meyiti tapılan həkim şəhid qızı imiş - FOTO

  • 2026.07.02 10:42
  • 108 Baxış
Göldən meyiti tapılan həkim şəhid qızı imiş -  FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda həkimin meyiti göldən tapılıb.

"Unikal"ın məlumatına görə, meyiti tapılan 53 yaşlı Sevda Nəbiyeva şəhid qızıdır.

Mərhumun atası Nəbiyev Camal Abbasəli oğlu 1991-ci il fevralın 15-də 53 yaşında şəhid olub.

C.Nəbiyev Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən ermənilər tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.