Başında ayaq olan inək doğuldu - FOTO

  • 2026.07.01 22:59
  • 225 Baxış
Başında ayaq olan inək  doğuldu - FOTO

Çində başında ayağa bənzəyən qeyri-adi bir quruluşla doğulan inək izləyənləri təəccübləndirib.


Medicina.az xəbər verir ki, Çində qeydə alınan bir video qlobal sensasiyaya çevrilib. Başında ayağa bənzəyən qeyri-adi bir quruluşla doğulan 500 kiloqramlıq bir inək diqqət mərkəzinə çevrilib.

İnəyin sahibi bildirib ki, şəkillər internetdə yayıldıqdan sonra bir çox insan heyvanı almaq istəyib və ona yüksək təkliflər gəlib. Lakin sahibi inəyi satmaq niyyətində olmadığını bildirib. Mütəxəssislər bu vəziyyətin çox güman ki, polimeliya adlanan çox nadir anadangəlmə inkişaf pozğunluğundan qaynaqlandığını söyləyirlər.

Aygün
Medicina.az