Göz yaşları həyatınızı xilas edə bilər – Alimlərdən yenilik

  • 2021.04.27 19:44
  • 2883 Baxış
Göz yaşları həyatınızı xilas edə bilər  – Alimlərdən yenilik

Təsəvvür edin ki, şad və kədərli günlərdə gözlərinizdən axan yaşlar tibdə sizin xilasınız və ölümcül xəstəliklərin erkən diaqnostikasında istifadə ediləcək.


Medicina.az xəbər verir ki, alimlər insanın göz yaşını müayinə etməklə xərçəngdən tutmuş demensiyaya qədər xəstəlikləri daha tez aşkarlaya biləcək. Bu unikal metodun üzərində iş gedir.

Yaponiyada Kobe Universitetinin alimləri süd vəzi xərçənginin tez tapılması üçün göz yaşı diaqnostikası metodunu hazırlayır.

İnsanın göz yaşı xüsusi kağız üzərinə damcıladılır, sonra skanerə yüklənir. Orda ekzosom adlı hissəcik təhlil edilir. Ekzosom genlər və zülallar arasında vasitəçi rolunu oynayır. Əgər bu kuryer hissəciklərdən xərçəng hüceyrələri istifadə edirsə, orda mutasiya olunmuş zülal və genlər aşkarlanır.

Araşdırmanın müsbət effekt verdiyi bildirilir.

Bu baş tutarsa, qan, biopsiya və s kimi iynəli müayinələr tarixə qovuşacaq.