Gözəlləşmək istəyən qadın tanınmaz hala düşdü - FOTO

  • 2019.12.17 09:20
  • 4677 Baxış
Gözəlləşmək istəyən qadın tanınmaz hala düşdü -  FOTO
Antaliyada daha gözəl görünmə istəyi qadına baha başa gəlib.

Medicina.az əbər verir ki, Antaliyada estetik əməliyyat etdirən Songül Uzunoğlu adlı qadın tanınmaz hala düşüb. Üst-üstə keçirilən 4 əməliyyatdan sonra üzündə çürümə prosesi başlayıb.

Alt dodağını itirən və ağızının içindəki toxumaları çürüyən 41 yaşlı qadın,bunu həkimlərin səhvi adlandıraraq Türkiyə Səhiyyə Nazirliyinə şikayət edib.

3 uşaq anası qadın gözaltı torbalarından xilas olmaq üçün estetikə müraciət edib. Həkimi onun qarın bölgəsindəki piylərindən alaraq üzünə dolğu edib və bunun ən azı 2 il qalıcı olduğunu bildirib.

Lakin əməliyyatdan qısa müddət sonra üzündəki dolğu yox olmağa başlayıb. Bundan sonra qadın ikinci dəfə əməliyyat olunub. Bu dəfə onun alt dodağına da dolğu olunub.


Bu qadının son əməliyyatı olmayıb. Ümumilikdə 4 ayda 4 dəfə estetik əməliyyat keçirib. Amma heç bir heç bir nəticə verməyib. Üstəlik onun üzü tanınmaz hala düşüb. Başqa həkimlərin müayinəsindən sonra məlum olub ki, qadının alt dodağı tamamilə çürüyüb. Buna səbəb qadının alt dodağında yerləşən 4 ana damarın tıxanması olduğu bildirilib.