Qadınlar dərilərini qorumaq, sağlam və gənc görünüşünü uzun müddət saxlamaq üçün müxtəlif dəriyə qulluq vasitələrindən istifadə edir, kosmetoloji prosedurlara və bəzi hallarda estetik müdaxilələrə müraciət edirlər.
Medicina.az xəbər verir ki, lakin dərinin yalnız xaricdən deyil, daxildən də dəstəklənməsi sağlam və davamlı gözəllik üçün mühüm əhəmiyyət daşıyır.
Məhz bu məqsədlə Detoks İnfuziya Terapiyası tətbiq olunur. Bu yanaşma orqanizmin daxili ehtiyaclarını nəzərə alaraq dərinin sağlamlığını və ümumi həyat keyfiyyətini dəstəkləməyə yönəlib.
Gözəllik üçün venadaxili Detoks infuziyalar necə işləyir?
Dəri gözəlliyi üçün tətbiq olunan infuziyalar adətən vitaminlər, minerallar və antioksidantlarla zəngin olub, dərinin ehtiyac duyduğu vacib maddələri təmin etməyə yönəlib.
Lakin bu komponentlərin maksimum effektivliyi üçün onların hüceyrə səviyyəsində düzgün istifadə olunması vacibdir. Kiçikdozalı biotənzimləyici preparatların infuziya protokoluna əlavə edilməsi hüceyrə metabolizmasının dəstəklənməsinə, orqanizmin detoksikasiya proseslərinin optimallaşdırılmasına və daxil edilən maddələrin daha optimal biomənimsənilməsinə kömək edir.
Beləliklə, Detoks İnfuziya Terapiyası dərinin sağlamlığını daxildən dəstəkləyərək onun daha parlaq, canlı və gənc görünüşünün qorunmasına kömək edir; həmçinin yalnız xarici görünüşdə deyil, ümumi sağlamlıq vəziyyətində də müsbət dəyişikliklərə zəmin yaradır.
Detoks infuziyalar dərinin vəziyyətinin yaxşılaşdırılması və ümumi orqanizm balansının dəstəklənməsi məqsədilə aşağıdakı hallarda istifadə oluna bilər:
• Quru və susuzlaşmış dəri;
• Piqment ləkələri;
• Qeyri-bərabər dəri tonu;
• İltihabi dəri dəyişiklikləri;
• Sızanağa meyilli dəri;
• Yaşla bağlı dəri dəyişiklikləri;
• Cansız və zəif saçlar;
• Üz nahiyəsində şişkinlik;
• Gözaltı tünd dairələr və torbalar;
• Yorğun və solğun üz görünüşü;
• Dəri elastikliyinin azalması.
Detoks infuziyaların gözəllikdən əlavə faydaları
Bu infuziyalar yalnız estetik görünüşün yaxşılaşdırılmasına deyil, eyni zamanda orqanizmin ümumi funksiyalarının dəstəklənməsinə yönələ bilər:
• Ümumi rifah hissinin yaxşılaşması;
• İmmun sisteminin dəstəklənməsi;
• Stresə davamlılığın artırılması;
• Yuxu keyfiyyətinin yaxşılaşmasına dəstək;
• Enerji və işguzarlığın artması;
• Yorğunluğun azalması;
• Orqanizmin bərpa proseslərinin dəstəklənməsi.
Biotənzimləyici preparatlarla kompleks yanaşma
Almaniya və İtaliya istehsalı olan biotənzimləyici preparatlarla hazırlanan detoks infuziya protokolları dərinin və orqanizmin kompleks dəstəklənməsinə yönəlib.
Bu yanaşmada məqsəd yalnız xarici görünüşü yaxşılaşdırmaq deyil, eyni zamanda hüceyrə səviyyəsində bərpa və balans proseslərini dəstəkləməkdir.
NaCl 0,9 % - 200 ml
Natrium bikarbonat 8,4 % - 20 ml
• Hepar compositum
• Solidago compositum
• Lymphomyosot
• Galium Heel
• Ubichinon compositum
• Coenzyme compositum
• Cutis compositum
Həftədə 2 dəfə v/d N5-10
Detoks infuziyalar – sağlam yaşlanmaya kompleks yanaşmanın bir hissəsi olub
balanslaşdırılmış qidalanma, fiziki aktivlik, profilaktik tibbi müayinələr və laborator nəzarətlə birlikdə qocalma proseslərinə qarşı kompleks yanaşmanın mühüm komponentlərindən biri hesab olunur.
Ətraflı məlumat üçün: (012 / 050 / 055 / 070) 430 89 89
Aygün
Medicina.az