Gözünü qurd basmış qadın xilas edildi

  • 2023.12.11 15:09
  • 1239 Baxış
Gözünü qurd basmış qadın  xilas edildi

Bir müddət gözü ağrıyan, qaşınan, sulanan 47 yaşlı qadın gözündən sap kimi qurd çıxdığını görüb xəstəxanaya gedib.


"Medicina" xəbər verir ki, kuryoz olay Çində baş verib.

Müayinə zamanı həkimlər göz qapağı altındakı dəri boşluğunda göz parazitlərinin dolduğunu müəyyən ediblər.

Əməliyyatla qadının gözündən 50-dən çox diri qurd çıxarılıb.


Aşkar edilmiş parazitlər Filarioidea növünə aid olub.

Adətən vəhşi çöl heyvanlarında olur.

Amma xəstə ev və həyət heyvanları saxladığını, onlara toxunub sonra əlini gözünə vurduğunu deyib.

Aygün