Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Güclü stress və qorxudan 1 həftə sonra şəkər ola bilər

  • 2025.06.03 09:58
  • 365 Baxış
Güclü stress və qorxudan 1 həftə sonra     şəkər ola bilər

Şiddətli stressdən bir həftə sonra diabet yarana bilər.


“Medicina” xəbər verir ki, Rusiya Elmlər Akademiyasının akademiki İvan Dedov bildirib ki, şəkərli diabet tez-tez ağır stress keçirənlərdə diaqnoz olunur.


Mütəxəssisin fikrincə, stress immunitet sistemini sıxışdırır və məhv edir.

Dedov misal çəkdi: dörd yaşlı uşaq sevimli itinin avtomobilin təkərləri altında ölməsi nəticəsində şəkərli diabet xəstəliyinə tutuldu.

"Bir həftə sonra uşaq şəkərli diabetlə gətirildi".


Mütəxəssis qeyd edib ki, bu gün stress müxtəlif xəstəliklərin yaranmasında əsas amillərdən biridir.

Səhiyyə Nazirliyinin məlumatına görə, demək olar ki, altı milyon rusda şəkərli diabet diaqnozu qoyulub, 67 min yetkinlik yaşına çatmayanda xəstəlik aşkarlanıb.

Eyni zamanda, Dedov əlavə etdi ki, şəkərli diabet xəstələri iki dəfə çoxdur, çünki onların çoxu xəstəliyi haqqında məlumatsızdır.


Aygün Musayeva