Günboyu məhsuldar olmaq üçün ən yaxşı səhər rutini

  • 2024.02.28 10:27
  • 639 Baxış
Günboyu məhsuldar olmaq üçün ən yaxşı səhər rutini
Ən məhsuldar, ən xoşbəxt və ən sağlam insanların xüsusi rutinlərə əməl etdikləri artıq sirr deyil.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, xoşbəxt və uğurlu həyat səhərlər necə oyanmağınızla birbaşa əlaqəlidir.

Mütəxəssislər daha məhsuldar, enerjili və pozitiv olmaq istəyənlər üçün aşağıdakı qaydalara əməl etməyi məsləhlət görürlər.

Günəş işığını dərinizdə hiss edin

Pərdələriniz bir az açıq halda yatın. Beləliklə, səhərlər otağınıza süzülən işıq beyninizin melatonin istehsalını yavaşlatmasına və sizi oyandıran adrenalin hormonu istehsal etməsinə səbəb olur. Beləliklə, oyandıqda daha enerjili və və sağlam hiss edəcəksiniz.

“Budilnik”i 15 dəqiqə öncəyə qurun

Yataqdan tələsmədən qalxaraq başladığınız gün, işə getmək üçün tələsik qapıdan çıxdığınız günlə eyni olmayacaq. Səhər oyananda bir müddət yataqda uzanaraq günə zehni və fiziki olaraq hazırlanmaq üçün özünüzə vaxt verin. Bunun üçün “budilnik”i hər zaman lazım olan vaxtdan 15 dəqiqə öncəyə qurun.

Dartınma hərəkətlərinə laqeyd yanaşmayın

Dartınma hərəkətləri ilə əvvəlcə qollarınızı, sonra isə ayaqlarınızı günə hazırlayın. Bu hərəkətlər bədəndə qan axını artırır və daha çox oksigenin hüceyrələrinizə çatmasını təmin edir.

Qərarları səhər verməyin

Səhəri rahat keçirmək üçün verməli olduğunuz qərarların sayını minimuma endirin. Məsələn, nə geyinmək, nə yemək, işə hansı yolla getmək istədiyinizi axşamdan qərarlaşdırın.

Dişlərinizi fırçalayın

Səhər ağız qoxusundan xilas olmaq və günə təmiz, təravətli başlamaq ən vacib addımlardan biridir. Hər gecə yatdığınız andan səhər oyanana qədər ağzınızda 300-dən çox bakteriya növü məskən salır. Dişlərinizi fırçalamadan qəbul etdiyiniz hər hansı bir qida bu bakteriyaların bədəndən atılmamasına səbəb ola bilər.

Su için


Günə 1 stəkan su içərək başlamaq bütün maddələr mübadiləsini hərəkətə keçirir. Səhərlər su içmək bədəni oyandırmağın ən yaxşı yollarından biridir.

Qəhvə qoxusu

Aparılan araşdırmalar kofeinin zehni gücləndirdiyini, xoşbəxt və sakit hiss etdirdiyini üzə çıxarıb. Diqqət testləri qəhvənin, həmçinin məlumatların işlənməsi və problem həll etmə qabiliyyətini yaxşılaşdırdığını göstərib. Ancaq qəhvəni şəkərsiz və oyandıqdan ən az 1 saat sonra içmək daha faydalıdır.

Portağal şirəsi

Virciniya Universitetinin tədqiqatçıları 60-80 yaş arası insanlar üzərində aparılan testlər nəticəsində bu qərara gəliblər ki, səhər yeməyindən əvvəl az miqdarda şəkər qəbul edənlərin yaddaşı daha yaxşıdır. Lakin tədqiqat bir çay qaşığı və ya daha az miqdarda şəkər istehlakını əhatə edib. Buna görə də səhərlər yüksək şəkərli qidaları istehlak etmək üçün bəhanə ola bilməz. Ancaq həm şəkərin zərərlərinə məruz qalmamaq, həm də onun yaxşı xüsusiyyətlərindən faydalanmaq üçün səhər yeməyində portağal şirəsi içmək olar.

Gül