Ayaqyalın yerə addım atmaq fiziki və ruhi sağlamlığa faydalıdır.
Stressi azaldır
Torpaqla təmas bədəndə stress hormonlarının ifrazını tarazlaşdırmağa kömək edir. Bu vəziyyət insanı daha sakit, dinc və balanslı hiss edir.
Yuxu keyfiyyətini yaxşılaşdırır
Bəzi tədqiqatlar göstərir ki, müntəzəm olaraq yerdə ayaqyalın gəzən insanlarda yuxu keyfiyyəti yaxşılaşır. Xüsusilə yuxusuzluq problemi olanlar üçün faydalıdır.
İmmunitet sistemini gücləndirir
Yerlə birbaşa təmas bədənə mənfi yüklü elektronları götürməyə imkan verir. Bu, immunitet sisteminin daha balanslı işləməsinə kömək edə bilər.
Bədəndəki elektromaqnit yükünü azaldır
İndiki vaxtda davamlı olaraq elektron cihazlara məruz qalan şəxslərin bədəninə elektromaqnit yükü artır. Torpaqlama üsulu ilə bu artıq yükü bədəndən çıxarmaq mümkün olur.
Qan dövranını dəstəkləyir
Ayaqyalın gəzmək təkcə qan dövranını dəstəkləmir, həm də ayaqlardakı sinir uclarını stimullaşdıraraq enerji səviyyəsini artırır.
Hər gün 10 dəqiqə kifayətdir
Mütəxəssislər hesab edirlər ki, hər gün 10-30 dəqiqə ayaqyalın torpağa toxunmaq kifayətdir. Bağda, parkda və ya təbiətdə qısa gəzintilər bu sadə, lakin təsirli üsulu tətbiq etmək üçün idealdır.
Aygün
Medicina.az