Gündə neçə ədəd meyvə yeməliyik?

  • 2024.03.07 15:53
  • 927 Baxış
Gündə neçə ədəd meyvə yeməliyik?

Orqanizmdə vitamin və mineralların defisiti ilin fəsillərindən asılı olmayaraq hər zaman müşahidə olunur və bunu təmin etmək lazımdır.


“Medicina” xəbər verir ki, endokrinoloq Kristina Çepıqova vitamin defisitindən ən çox əziyyət çəkənləri sadalayıb.


“ Yaşı 60-dan yuxarı olanlar, yenidoğulmuşlar, hamilələr, əməliyyatdan sonra, mədə-bağırsaq xəstəliyi olanlar, alkoqol və siqaret çəkənlərdə ciddi avitaminoz olur.


Hətta ən sadə balanslaşdırılmış qida insana vacib elementləri verə bilər.


Defisitin qarşısını almaq üçün hər gün 5 posr tərəvəz-meyvə, 2-3 pay süd məhsulları, 2-3 yüksək zülal tərkibli qida – toyuq, ət, yumurta və s. yemək lazımdır.

Hazırda belə bir mif yayılıb ki, indiki meyvə-tərəvəzdə vitamin yoxdur. Bu fikrin elmi əsası yoxdur.

O ki, qaldı vitamin preparatlarına, onlar çox vaxt nəinki faydasız, hətta sağlamlığa zərərli ola bilər. Yeməkdən yox, aptek vitaminlərindən istifadə edərəm düşünənələr səhv edir”.


Aygün Musayeva