"Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur" - Emin Əmrullayev

  • 2021.04.03 16:23
  • 2040 Baxış
"Gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur" -  Emin Əmrullayev
"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşürdü".

Medicina.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.


O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var:

“Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur.

Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bunun da 80 %-i Bakı, Sumqayıt, Şəki, Gəncə və Abşeronun payına düşür. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi. Yəni onsuz da qarşıdakı günlərdə çoxlu sayda məktəb distant təhsilə keçməli idi".