Günəbaxan halvasının faydaları - Qadınların sirli çarəsi

  • 2020.05.20 20:18
  • 13086 Baxış
Günəbaxan halvasının faydaları  - Qadınların sirli çarəsi



Şərq şirniyyatı olan halva ölkəmizdə çox sevilir. Klassik halvanın tərkibi günəbaxan tumundan hazırlanır. Amma son zamanlarda küncütdən, badamdan hazırlanan halvalara da rast gəlmək olar.

Medicina.az bildirir ki, bu şirniyyat mikro və makroelementlərlə çox zəngindir. Bundan əlavə onun tərkibində insanın əhvalına müsbət təsir edən maddələr də mövcuddur. Bu dadlı ərzaq məhsulunda həm də qida lifləri və maltoza maddəsi var.

Halvanın qidalılıq dəyəri 100 qr-da 550 kkal edir. Onun tərkibində xolesterinin miqdarı 0-a bərabərdir.

Şərq ölkələrində bu şirniyyat növündən əsasən orqanizmi gücləndirmək məqsədilə istifadə edilir. Ağızda əriyən bu dadlı şirniyyat soyuqdəymənin ilkin əlamətləri zamanı immuniteti artırmaq və baş ağrılarını aradan qaldırmaq üçün istifadə edilir.

Halvanın daha çox qadınlar üçün faydalı olduğunu qeyd etsək yanılmarıq. O, mütləq hamilə qadınların qida rasionlarında yer almalıdır. Tərkibində çox miqdarda fol turşusu var. Bu maddə isə dölün inkişafına müsbət təsir edir. Süd əmizdirən analar da halva qəbul etsələr bu zaman uşağı vacib olan qidalı maddələrlə təmin edərlər. Bu ərzaq ana südünü vitamilərlə zənginləşdirir və daha doyumlu edir.

Halvanın tərkibində olan antioksidantlar bədəndən toksinləri kənarlaşdıraraq mədə-bağırsağın işini tənzimləyir.

Halvadan hətta kosmetologiyada da istifadə edilir. Belə ki, sağlam və hamar dəri əldə etmək üçün halvanı az bir miqdar aloe şirəsi ilə qarışdıraraq üzünüzə maska da edə bilərsiniz.