Günəş altında çox qalmaq bədxassəli şişlər yaradır - Həkim

  • 2022.06.03 14:26
  • 2329 Baxış
Günəş altında çox qalmaq bədxassəli şişlər yaradır  - Həkim

Günəş altında xoşxassəli neoplazmalar bədxassəlilərə çevrilir


Medicina.az xəbər verir ki, həkim-dermatoloq İndira Mütəllibzadə dərinin günəş şüasına məruz qalmasının xərçəngə səbəb olub-olmayacağı ilə bağlı media.az-a açıqlamasında danışıb.


“ABŞ-ın Dermatoloqlar Assosiasiyasının rəsmi məlumatlarına görə, ultrabənövşəyi radiasiyaya məruz qalmanın artması səbəbindən dəri xərçənginin inkişaf ehtimalı yüksəkdir.

Günəş şüaları dəriyə düşdükdə dəri qızarmağa, sonra qaralmağa başlayır, tonlaşma baş verir. Ultrabənövşəyi şüalara çox uzun müddət məruz qaldıqda dəridə ləkələr görünür. Bunlar keçib getməyən piqmentdir, xala bənzəyir, xoşxassəli neoplazmalardır (şişlər - red.). Ancaq insan qoruyucu vasitələrdən istifadə etmədən daim günəşin altında qalmağa davam edərsə, xoşxassəli neoplazmalar bədxassəlilərə çevriləcək”.