Günəş tutulması ilə bağlı mütəxəssislər göz sağlamlığına diqqət etməyə çağırırlar.
Medicina.az xəbər verir ki, güəşə birbaşa baxmaq, hətta qısa müddət ərzində belə, gözün torlu qişasına ciddi zərər verə bilər. Bu səbəbdən tutulmanı adi gün eynəyi, fotoaparat və ya digər uyğun olmayan vasitələrlə izləmək təhlükəlidir.
Xüsusi qoruyucu eynək olmadıqda Günəş tutulmasını dolayı yolla izləmək mümkündür. Bunun üçün karton və ya ayaqqabı qutusundan sadə “iynə dəliyi kamerası” hazırlamaq, yaxud ağac yarpaqlarının arasındakı boşluqlardan düşən görüntüləri izləmək olar.
Mütəxəssislər həmçinin qeyd edirlər ki, tutulmadan sonra bulanıq görmə, görmə sahəsində qara ləkə, işığa həssaslıq və rənglərin dəyişmiş görünməsi kimi əlamətlər yaranarsa, göz həkiminə müraciət edilməlidir.
Xanım,
Medicina.az