Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Gürcü nazir bir çox ölkənin imtina etdiyi vaksindən vurdurdu

  • 2021.03.23 15:28
  • 1361 Baxış
Gürcü nazir bir çox ölkənin imtina etdiyi vaksindən vurdurdu


Gürüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze koronavirus əleyhinə peyvəndlənmədən keçib.

Medicina.az xəbər verir ki, nazirə Saçxere tibb mərkəzində “AstraZeneca” vaksini vurulub.

Gürcüstanda tibb işçilərinin vaksinasiyasına martın 15-dən başlanılıb. Martın 25-dən etibarən isə peyvəndlənməyə 65 yaşdan yuxarı vətəndaşlar cəlb ediləcək.

Qeyd edək ki, bir sıra ölkələr “AstraZeneca” şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus peyvəndindən imtina ediblər.

Qəbulundan sonra bəzi insanların qanında laxtalanma yaratması iddiası ilə peyvənddən imtina edən dövlətlərin sayı 22 olub.

Kanada, Portuqaliya, Cənubi Kipr, Sloveniya da Avropa dərman Agentliyinin (EMA) araşdırmaları sona çatana qədər sözügedən peyvəndin istifadəsini təxirə salıblar.

İspaniya, Fransa, Danimarka, Almaniya, Niderland, İslandiya, Norveç, İtaliya, Avstriya, Estoniya, Litva, Latviya, Bolqarıstan, Rumıniya, Tayland, İndoneziya və Lüksemburq “AstraZeneca” peyvəndinin istifadəsini saxlayan digər Avropa dövlətləri kimi diqqət çəkir.