Gürcüstan bu tarixdən sərhədlərini açır – Nə tələb edilir?

  • 2021.02.24 17:05
  • 1578 Baxış
Gürcüstan bu tarixdən sərhədlərini açır  – Nə tələb edilir?

Gürcüstan aylardır bağlı olan hava sərhədini martın 1-dən bəzi ölkələr üçün açır.

Medicina.az xəbər verir ki, Gürcüstana keçmək üçün koronavirus testi mütləqdir, peyvənd olunmaq barədə sənədin olması da arzuolunandır.

Baş nazir brifinqdə hansı ölkələrdən vətəndaşların hava nəqliyyatı ilə ölkəyə daxil ola biləcəyini açıqlayıb.

Siyahıda Rusiya, Belorusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna var. Quru sərhədlərdə isə hələ açılma gözlənilmir.