Qonşu ölkəyə Çin vaksini çatdırıldı - FOTO

  • 2021.04.29 22:45
  • 1462 Baxış
Qonşu ölkəyə Çin vaksini çatdırıldı -  FOTO

Gürcüstan Çin istehsalı olan “Sinovac” peyvəndinin ilk partiyasını tədarük edib.

Medicina.az xəbər verir ki, qonşu ölkə ilk mərhələdə preparatın 100 min dozasını əldə edib.

Bu, Gürcüstana çatdırılan ikinci Çin vaksinidir. Qonşu ölkə aprelin əvvəlində 100 min dozadan ibarət “Sinopharm” preparatı alıb.

İyun-iyul aylarında əlavə 500 min dozanın tədarükü gözlənilir. Çin vaksini ilə peyvəndlənmə prosesinə mayın 4-də start verilməsi planlaşdırılır. Artıq 7 minə yaxın şəxs “Sinopharm” peyvəndi vurdurmaq üçün qeydiyyatdan keçib.