Gürcüstanda 111 yaşlı qadın koronadan sağaldı

  • 2021.09.06 13:10
  • 1417 Baxış
Gürcüstanda 111 yaşlı qadın koronadan  sağaldı
Gürcüstanda koronavirusa yoluxmuş 111 yaşlı qadın sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə məlumatı qadının müalicə aldığı Respublika Xəstəxanasının Mətbuat Xidməti yayıb.

Məlumata əsasən, qadın bu gün xəstəxananı tərk edəcək. Həmçinin qeyd olunur ki, yaşlı qadın 12 gün əvvəl xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qadının 80 yaşlı oğlu da xəstəxanada müalicə alır. Onun da, həmçinin vəziyyəti sabitdir və özünü yaxşı hiss edir.