Gürcüstanda 34 nəfər koronavirusdan öldü

  • 2020.11.25 11:00
  • 1035 Baxış
Gürcüstanda 34 nəfər koronavirusdan öldü

Gürcüstanda ötən sutkada koronavirusa 3 071 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər sağalıb, 34 pasiyent isə vəfat edib.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 114 889 nəfərə çatıb. Yoluxanların 95 581-i sağalıb, 1 085-i isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 2 071, stasionar nəzarətdə 6 145 nəfər saxlanılır. 3 723 nəfər isə xüsusi otellərdə müalicə olunur.