Gürcüstanda COVID-19: 5 739 yoluxma

  • 2021.10.19 10:39
  • 984 Baxış
Gürcüstanda COVID-19:  5 739 yoluxma
Gürcüstanda son sutkada daha 5 739 nəfərdə koronavirus aşkarlanıb, 36 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində 2 082 nəfər müalicə olunaraq sağalıb.

Gürcüstanda indiyədək COVID-19-a 670 552 nəfər yoluxub. Onların 616 937-si sağalıb, 9 546-sı isə dünyasını dəyişib.