Gürcüstanda COVID-19: 659 yeni yoluxma

  • 2021.07.12 11:01
  • 909 Baxış
Gürcüstanda COVID-19:  659 yeni yoluxma
Gürcüstanda son sutkada koronavirusa 659 yeni yoluxma faktı təsdiqlənib, 16 nəfər vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 377 811-ə, ölənlərin sayı isə 5 468-ə yüksəlib.

Ötən 24 saat ərzində 713, ümumilikdə isə 359 939 nəfər sağalaraq evə buraxılıb.