Gürcüstanda COVID-19: 848 yoluxma

  • 2021.07.19 10:48
  • 1732 Baxış
Gürcüstanda COVID-19:   848 yoluxma

Gürcüstanda ötən sutka ərzində koronavirusa 848 yeni yoluxma faktı qeydə alınıb, 1 231 nəfər müalicə olunaraq sağalıb, 15 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 388 329 nəfər yoluxub. Onların 366 250-si sağalıb, 5 566-sı isə ölüb.

Aktiv xəstə sayı 16 487 nəfər təşkil edir.