Gürcüstanda COVİD-19-a yoluxanların sayı 1 264 nəfərə çatıb

  • 2020.08.11 10:39
  • 1555 Baxış
Gürcüstanda COVİD-19-a yoluxanların sayı 1 264 nəfərə çatıb
Gürcüstanda daha 14 nəfərdə koronavirus aşkarlanıb, 44 pasiyent müalicə olunaraq sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 264 nəfərə, sağalanların sayı isə 1 054 nəfərə çatıb. 17 nəfər xəstəlikdən vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 6 930, stasionar nəzarətdə isə 263 nəfər saxlanılır.