Gürcüstanda daha bir körpə koronadan öldü

  • 2021.09.04 14:54
  • 1808 Baxış
Gürcüstanda daha bir körpə koronadan öldü
Tbilisidə Tstsişvili adına uşaq xəstəxanasında koronavirusa yoluxan daha bir körpə vəfat edib.

Medicina.az xəbər verir ki, 17 günlük körpə ağır vəziyyətdə Batumidən Tbilisiyə çatdırılıb.

Körpə xroniki xəstəliklərdən də əziyyət çəkirmiş. Səkkiz gün ərzində klinikada müalicə olunmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 infeksiyasından dünyasını dəyişən sayca üçüncü körpədir. İlk iki ölüm halı bu ilin iyul ayında qeydə alınıb.