Gürcüstanda dərslər distant formada olacaq

  • 2021.08.31 13:11
  • 1458 Baxış
Gürcüstanda dərslər distant formada olacaq
Gürcüstanda məktəb və universitetlərdə yeni tədris ilinə distant qaydada başlanılacaq.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edib.

Bildirilib ki, ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq yeni tədris ilinin sentyabrın 15-dən oktyabrın 4-dək distant qaydada keçirilməsinə qərar verilib. Qərar ölkə ərazisindəki bütün təhsil müəssisələrinə şamil edilib.


Gürcüstanda dərslər distant formada olacaq