Gürcüstanda koronavirusla bağlı daha bir MƏHDUDİYYƏT

  • 25 Avq 2021 09:47
  • 3092 Baxış
Gürcüstanda koronavirusla bağlı daha bir  MƏHDUDİYYƏT
Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacq.

Medicina.az xəbər verir ki, bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Bununla yanaşı, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.

Digər qərarla sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.

Qeyd edək ki, qonşu ölkədə ağır epidemioloji vəziyyət hökm sürür. COVID-19-a gündəlik yoluxma sayı 5-6 min təşkil edir, ölüm halları kəskin artıb.