Gürcüstanda koronavirusun “Hindistan ştammı” - 18 nəfər YOLUXDU

  • 2021.06.16 17:45
  • 1402 Baxış
Gürcüstanda  koronavirusun “Hindistan ştammı”   - 18 nəfər YOLUXDU


Gürcüstanda indiyədək yeni növ koronavirus (COVID-19) infeksiyasının “Hindistan ştammı”na 18 yoluxma halı təsdiqlənib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Nazir qeyd edib ki, “Hindistan ştammı”na laboratoriyada təsdiqlənmiş yoluxma halların sayı az olsa da, yoluxma nisbətinin ölkə üzrə 8% olması ehtimal edilir.