Gürcüstanda tibbi maskadan istifadə məcburi oldu

  • 2020.11.03 13:39
  • 28340 Baxış
Gürcüstanda tibbi maskadan istifadə məcburi oldu

Sabahdan Gürcüstanda açıq havada tibbi maskadan istifadə etməyənlər cərimələnəcək.

Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, noyabrın 4-dən etibarən qapalı məkanlarda olduğu kimi, açıq havada da tibbi maska taxmaq məcburi olacaq.

Qaydanı pozan vətəndaşlar 20 lari (11 manat) cərimə ediləcəklər.