Bu gündən Gürcüstanda koronavirusa qarşı vaksinasiyanın ilk mərhələsi başlayıb.
Medicina.az xəbər verir ki, bu mərhələdə peyvənd yalnız tibb işçilərinə könüllülük əsasında vurulacaq.
Peyvəndləmə Tbilisi və ölkə üzrə 29 regional tibb müəssisəsində başlayıb. Martın 17-dən 35, martın 19-dan isə 23 tibb məntəqəsi prosesə qoşulacaq.