Gürcüstanda vəziyyət pisləşir: 3 196 yoluxma

  • 2021.07.31 10:55
  • 1230 Baxış
Gürcüstanda vəziyyət pisləşir:  3 196 yoluxma

Gürcüstanda ötən sutkada daha 3 196 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 1 147 nəfər müalicə olunaraq sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son 24 saat ərzində 27 yeni ölüm halı qeydə alınıb.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 419 534 nəfər yoluxub. Onların 382 393-ü sağalıb, 5 820-si vəfat edib.