Gürcüstanda vəziyyət pisləşir: 5 076 yoluxma

  • 2021.10.16 11:15
  • 1355 Baxış
Gürcüstanda vəziyyət pisləşir:  5 076 yoluxma
Gürcüstanda ötən sutkada daha 5 076 nəfərə koronavirus diaqnozu qoyulub, 1 126 nəfər müalicə olunaraq sağalıb, 44 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 657 753 nəfərdə aşkarlanıb. Onların 609 987-si sağalıb, 9 440-ı isə ölüb.