Gürcüstanda yoluxma sayı kəskin artdı

  • 2021.07.06 11:14
  • 1071 Baxış
Gürcüstanda yoluxma sayı kəskin artdı
Gürcüstanda son sutkada koronavirusa 1 407 yeni yoluxma halı təsdiqlənib, 591 nəfər müalicə olunaraq sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ötən 24 saat ərzində daha 10 pasiyent vəfat edib.

Qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 371 293 nəfər təşkil edir. Onların 355 718-i sağalıb, 5 383-ü dünyasını dəyişib.