Gürcüstanda yoluxmanın 100%-i Delta ştammıdır

  • 2021.10.12 15:15
  • 2023 Baxış
Gürcüstanda yoluxmanın 100%-i Delta ştammıdır

“Gürcüstanda aşkar edilən koronavirusa yoluxma hallarının 100%-i “delta” ştamıdır”.

Medicina.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

O bildirib ki, ölkədə indiyədək “mü” ştamına yoluxma faktı təsdiqlənməyib: “Yeni ştammla üzləşdiyimizi istisna etmək üçün hazırda araşdırmalar aparılır”.